ABŞ-nin `qəribə` əmək bazarı

ABŞ-nin `qəribə` əmək bazarı
  12 Yanvar 2014    Oxunub:1634
ABŞ-nin əmək bazarına dair məlumatı həyəcan doğurur.
Amerikanın əmək bazarına dair çap olunan göstəricilər “qəribədir” və “həyəcan doğurur”. Dünyanın ən iri istiqraz fondlarından biri olan “PIMCO” fondunda ABŞ iqtisadiyyatına dair əsas göstəricilər məhz belə qiymətləndirilib.

2013-cü ilin dekabr ayında ABŞ-ın əmək bazarı üzrə cümə günü dərc olunmuş statistika investorları məyus edib. Ötən ilin son ayında Amerika iqtisadiyyatı cəmi 74 min yeni iş yeri açıb.
Özü də keçmiş böhran dövründə ABŞ-da iqtisadi cəhətdən fəal əhalinin payı azalmaqda davam edir.

“PIMCO” fondunun investisiyalar üzrə həmsədri Məhəmməd Əl-Ərian “Bloomberg” televiziya kanalına müsahibəsində qeyd edib ki, bu məlumatlar ABŞ iqtisadiyyatında sabitliyin bərpası barədə düşünmək zərurəti yaradır.

O deyib ki, “Dərc olunan rəqəmləri mən həm “qəribə”, həm də “həyəcan doğuran” rəqəmlər adlandırardım. Məruzədə qəribə görünən bu faktdır ki, dekabr ayında ABŞ iqtisadiyyatında yaradılan yeni iş yerlərinin sayı proqnozlaşdırıldığından xeyli az olub. Bazarların iştirakçıları 200 min yeni iş yeri səviyyəsində göstəricilər gözləyirdilər.

Məruzənin təfsilatı isə müəyyən narahatlıq doğurur. Biz görürük ki, uzunmüddətli işsizlik çox yüksək səviyyədə qalmaqdadır. İşsiz amerikalıların 37,7 faizi artıq çox uzun müddətdir ki, iş tapa bilmir.

Bütövlükdə bu statistika, yumşaq desək, heyrət doğurur. Statistikaya təsir göstərə biləcək kənar amillərin daha hərtərəfli təhlil edilib qiymətləndirilməsi üçün müəyyən vaxt tələb olunur. Məsələn, bu amil ABŞ-da havaların soyuq keçməsi amilidir”.


Teqlər:





Xəbər lenti