`Baku Fires`in məğlubiyyəti FOTOLARDA

`Baku Fires`in məğlubiyyəti FOTOLARDA
  12 Yanvar 2014    Oxunub:1615
Azərbaycanın “Baku Fires” boks komandası gərgin keçən qarşılaşmada Kubanın “Cuba Domaderos” kollektivinə məğlub oldu.
Yanvarın 11-də Azərbaycanın “Baku Fires” boks komandası Ümumdünya Boks Seriyası (SB) Liqasında bu mövsümdə ikinci ev görüşünü keçirib.

AzVision.az AzərTAc - a istinadən xəbər verir ki, beşinci tur çərçivəsində Quba Olimpiya Kompleksində keçirilən qarşılaşmada komandamız Kubanın güclü “Cuba Domaderos” komandasına 3:2 hesabı ilə məğlub oldu.

Gərgin mübarizə şəraitində keçən yarışın ilk iki qarşılaşmasında boksçumuz Xamza Nametov (49 kq) Yosbani Veitaya, Məhəmməd Qurbanov (56 kq) isə Robeysi Ramirezə cüzi fərqlə məğlub olublar.

Bundan sonra komandamız ardıcıl iki qarşılaşmada qalib gələrək ümumi hesabı bərabərləşdirməyə nail olub. Əvvəlcə 64 kq-da döyüşən boksçumuz Heybətulla Hacəliyev rəqibi Yasiner Toledoya heç bir şans verməyərək inamlı qələbə qazanıb. Onun ardınca 75 kq-da “Baku Fires”i təmsil edən Xaybulla Musalov kubalı Ramon Luisə qalib gəlib.

Lakin həlledici döyüşdə təmsilçimiz Denis Latipov (91 kq) Erislandi Savonla mübarizədən məğlub ayrılmışdır ki, bu da kubalıların qarşılaşmada qələbəsini təmin etdi.

Bununla da keçirdiyi bütün matçların hamısında qalib gələn “Cuba Domaderos” komandası “A” qrupunun vahid lideridir. Kuba komandasının heyətində Olimpiya Oyunlarının və dünya çempionatlarının mükafatçıları yer allıb.

“Baku Fires” boks komandası yanvarın 18-də Quba Olimpiya Kompleksində növbəti matçda çıxacaqdır. Bu qarşılaşmada komandamızın rəqibi Qazaxıstan boksçuları olacaqlar.

Qalereya




Teqlər:





Xəbər lenti