Ermənistanın sabiq baş prokuroru koronavirusa yoluxdu

Ermənistanın sabiq baş prokuroru koronavirusa yoluxdu
  02 İyun 2020    Oxunub:2377
Ermənistanın sabiq baş prokuroru Qevork Kostanyan koronavirusa yoluxub.
Azvision.az xəbər verir ki, bu barədə “İravunk” nəşri yazıb.

Məlumata görə, hazırda o, Moskvadakı məşhur xəstəxanalardan birində koronavirusdan müalicə alır. Kostanyan məsələ ilə bağlı dəqiq cavab verməsə də, xəstə olduğunu etiraf edib:

“Bəli, sağlam deyiləm. Daha heç nə demək istəmirəm. Sadəcə hər kəsə cansağlığı arzulayıram".

Xatırladaq ki, Kostanyan 1 mart 2008-ci il hadisələrində ittiham olunur. O, hazırda Rusiyada yaşayır. Ermənistana təhvil verilməsi üçün Rusiya ilə danışıqlar aparılsa da, hələlik heç bir nəticə yoxdur.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Ermənistan   Koronavirus  





Xəbər lenti