Erməni şahmatçı Vüqar Həşimovdan danışdı - VİDEO
AzVision.az xəbər verir ki, xəbər verir ki, bu gün başlayan Veyk-an-Zee beynəlxalq şahmat turniri 1 dəqiqəlik sükutla başlayıb. Ermənistanlı şahmatçı Levon Aronyan 27 yaşında vəfat edən Vüqar Həşimovla bağlı xatirələrini bölüşüb.
L.Aronyan V.Həşimovun vəfatından danışarkən bunları deyib: "Vüqarın ölümünə çox üzüldüm,ele bir oyunçunu itirmek ağırdır, çox güclü şahmatçı idi, teessüf, çox üzgünəm. Hər kəs bir gün ölür, amma gənc adamın, həm də belə adamın ölməsi çox ağırdı".
Qeyd edək ki, Veyk-an-Zee turniri ən qədim və ən güclü şahmat turnirlərindən biridir. Bu yarış 1937-ci ildən başlayaraq hər il keçirilir.
Virtualaz.org
Teqlər: