Almaniya şengen zonasına səfər qadağasını götürür

  03 İyun 2020    Oxunub : 2073
Almaniya şengen zonasına səfər qadağasını götürür
Almaniya 15 iyundan etibarən Avropa İttifaqı ölkələri, şengen zonası və Böyük Britaniya ilə səfər məhdudiyyətlərini aradan qaldırır.
Azvision.az xəbər verir ki, bu barədə Almaniyanın Xarici İşlər naziri Hayko Maas bildirib.

Nazirin sözlərinə görə, qərar Avropa tərəfdaşları ilə intensiv müzakirə edilib: "Hazırda Aİ bir çox yerlərdə koronavirusun yayılmasına nəzarəti ələ ala bilib. Bu müsbət inkişaf Almaniya hökumətinin qərarına təsir edib".

Nazir vurğulayıb ki, Almaniya Xarici İşlər Nazirliyinin təyin olunmuş ölkələrə səyahət tövsiyələrini gündəlik yeniləməsi giriş qadağası deyil.

Xüsusilə, ölkəyə gələnlərin hamısına tətbiq edilən 14 günlük karantin ləğv olunana qədər Almaniya XİN Britaniyaya səfərləri tövsiyə etmək niyyətində deyil.

"Almaniyada və başqa yerlərdə turizmə görə xəstəliyin ikinci dalğasının yayılmasına yol verməli deyilik. Söhbət hər kəsin şəxsi məsuliyyətindən gedir. COVID-19-un yüksək yayılması baş verərsə, səyahət məhdudiyyətləri geri qaytarıla bilər", - nazir əlavə edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Almaniya