Azərbaycanda karantin rejimi yenidən sərtləşdirilir - RƏSMİ

  03 İyun 2020    Oxunub : 55183
Azərbaycanda karantin rejimi yenidən sərtləşdirilir -  RƏSMİ
Son günlər koronavirusa yoluxma sayının artması müşahidə edilir. Yoluxma sayı ilə sağalma arasında fərq artır. Bu koronavirusla mübarizədə yeni bir situasiya yaradıb. Əsas səbəb vətəndaşların karantin rejiminin tələblərinə əməl etməmələridir.
Azvision.az xəbər verir ki, bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov Operativ Qərargahın keçirdiyi brifinqdə deyib.

O bildirib ki, yoluxma sayının artması yenidən karantin rejiminin yuumşaldılması prosesinin dayandırılması, məhdudlaşdırma qaydalarının qoyulması məsələsini aktuallaşdırıb.

“Müxtəlif variantlar müzakirə olunub. TƏBİB, ekspertlər, infeksionistlər Operativ Qərargaha müraciət ediblər”.

İ.Məmmədov qeyd edib ki, cümə günü axşamdan bazar ertəsi səhərə kimi tam qapadılma tətbiq olunacaq. İctimai və fərdi nəqliyyat hərəkəti, küçəyəçıxma, iş rejimi məhdudlaşdırılacaq, mağazalar qapadılacaq. Bir sözlə, tam qapalı rejim yaradılacaq.

Hökumət sözçüsü əlavə edib ki, sabah bununla bağlı Operativ Qərargahın rəhbəri, Baş Nazir Əli Əsədovun müraciəti olacaq: "Bu məsələlər detallı şəkildə elan ediləcək. Sonra əhaliyə bununla bağlı tam məlumat veriləcək"

Aytən Zəhra
Azvision.az

Teqlər: Karantin