SMS icazə sistemi yenidən tətbiq olunacaq

SMS icazə sistemi yenidən tətbiq olunacaq
  03 İyun 2020    Oxunub:7663
Şənbə və bazar günləri həyatı vacib bir sıra sahələrin fəaliyyəti davam edəcək. Qəza xidməti sahələri, təcili yardım, stasionar tibb müəsisələri işini davam etdirəcək. Lakin bu sahələrdə işçilərin sayı məhdud olacaq.
Azvision.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini idarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, elə istehsalat sahələri var ki, fasiləsiz işləməlidir, bununla bağlı sabah qərar veriləcək: "Zəruri işləməli olan müəssisələrin işçilərinin sayı məhdudlaşdırılacaq".

TƏBİB sədri qeyd edib ki, xüsusi sağlamlıq vəziyyətlərində və tibb müəssisələrinə getmək lazım olanda, eləcə də zəruri xidmət sahələrində küçəyə çıxmaq üçün sms vasitəsilə icazə veriləcək. İctimai nəqliyyat və fərdi nəqliyyatdan istifadəyə isə icazə verilməyəcək.

Aytən Zəhra
Azvision.az


Teqlər: TƏBİB   Koronavirus  





Xəbər lenti