İtaliyada daha 71 nəfər virusun qurbanı oldu

  03 İyun 2020    Oxunub : 2467
İtaliyada daha 71 nəfər virusun qurbanı oldu
İtaliyada son sutka ərzində 321 nəfər koronavirus infeksiyasına yoluxub.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Mülki Müdafiə Departamenti məlumat yayıb.

Bildirilib ki, İtaliyada indiyədək koronavirusa yoluxanların ümumi sayı 233 min 836 nəfərdir. Son sutkada pandemiya qurbanlarının sayı 71 nəfər artaraq 33 min 601-ə çatıb.

Azvision.az

Teqlər: İtaliya   Koronavirus