Koronavirusa yoluxanların sayı 6,7 milyonu keçdi

  Koronavirusa yoluxanların sayı 6,7 milyonu keçdi
  06 İyun 2020    Oxunub:3931
Dünyada yeni növ koronavirusa yoluxanların sayı 6 milyon 767 min 179 nəfərə çatıb.
Azvision.az "Worldometers"-ə istinadən xəbər verir ki, virusdan ölənlərin sayı 395 min 182 nəfərdir. İndiyədək 3 milyon 297 min 237 nəfər xəstəlikdən sağalıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkədə qeydə alınıb.

Azvision.az


Teqlər: Koronavirus   Pandemiya  





Xəbər lenti