Çində son sutkada 5 yeni yoluxma qeydə alındı
Qeyd edilib ki, virusa yoluxan 5 nəfərdən 2-də xəstəlik simptomsuz aşkarlanıb, 2 xəstə sağalıb, ölən olmayıb.
Xatırladaq ki, Çində ümumilikdə 83 030 nəfər koronavirusa yoluxub, 78 329 xəstə sağalıb, hazırda xəstəxanalarda 67 nəfər var. Bu günədək ölüm sayı 4634-dür.
Şahanə Rəhimli
Azvision.az