“Taliban” 70-dən çox əsiri azad edib

  06 İyun 2020    Oxunub : 2741
“Taliban” 70-dən çox əsiri azad edib
“Taliban” hərəkatı 70-dən çox əfqan əsirini sərbəst buraxıb.
Azvision.az xəbər verir ki, bu barədə hərəkatın Qətərdə yerləşən siyasi ofisinin rəsmi nümayəndəsi Süheyl Şahin məlumat yayıb.

O bildirib ki, azad edilən şəxslər paltar və beş min əfqani (təxminən 65 dollar) ilə təmin olunduqdan sonra evlərinə göndəriliblər.

Qeyd edək ki, bu ilin əvvəlində ABŞ-ın "Taliban"la bağladığı müqaviləyə əsasən, Əfqanıstan hakimiyyəti 5000-ə qədər məhbusu sərbəst buraxmalı, qarşı tərəf isə öz növbəsində əsir götürülmüş 1000-ə yaxın təhlükəsizlik xidməti əməkdaşını azad etməlidir.

Şahanə Rəhimli
Azvision.az

Teqlər: Əfqanıstan   Taliban