Naxçıvanda gənc əsgərlər and içdilər

  06 İyun 2020    Oxunub : 3433
Naxçıvanda gənc əsgərlər and içdilər
Əlahiddə Ümumqoşun Orduda gənc əsgərlər Vətənə sədaqət andı içiblər.
Azvision.az xəbər verir ki, andiçmə mərasimində Azərbaycan Respublikasının Dövlət himni səsləndirildikdən sonra gənc əsgərlər hərbi andı qəbul ediblər.

Mərasimdə çıxış edənlər gənc əsgərləri təbrik ediblər. Əsgərlər Vətənə sadiq olacaqlarına söz veriblər.

Çıxışların ardından general-mayor Teymur Eyyubov Əlahiddə Ümumqoşun Ordu Komandanı, general-leytenant Kərəm Mustafayevin təbrikini şəxsi heyətə çatdırıb. Bildirilib ki, Vətənin bacarıqlı müdafiəçisi olmaq üçün hər bir əsgər hərbi andın tələblərini şüurlu şəkildə yerinə yetirməli, intizamlı, vicdanlı və cəsarətli olmalı, ona həvalə edilmiş silah və texnikanı dərindən öyrənməli, Vətən qarşısında öz hərbi andı ilə öhdəsinə götürdüyü əsgəri borcunu ləyaqətlə yerinə yetirməlidir.

Tədbir şəxsi heyətin təntənəli keçidi ilə başa çatıb.

Azvision.az

Teqlər: Naxçıvan   Əsgər