Gəmiqayırma Zavoduna yarım milyard xərclənib

Gəmiqayırma Zavoduna yarım milyard xərclənib
  13 Yanvar 2014    Oxunub:1434
Bakı Gəmiqayırma Zavodunun inşasının I mərhələsi 470 milyon dollara başa gəlib. Bu barədə Azərbaycan İnvestisiya Şirkətinin (AİŞ) icraçı direktoru Rövşən Nəcəf "The Business Year" jurnalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, 2013-cü ildə AİŞ üçün əlamətdar layihələrdən biri ARDNŞ, AİŞ və "Keppel Offshore & Marine" şirkətinin birgə müəssisəsi olan, 2013-cü ilin sentyabrında Prezident İlham Əliyev tərəfindən açılan "Bakı Gəmiqayırma Zavodu" MMC-dir.

"Keppel" zavodun səhmlərinin 10 faizinə sahibdir və müəssisənin istismarı və idarə olunmasına görə tam məsuliyyət daşıyır. ARDNŞ-in 65 faizlik payı var. Zavod tam gücü ilə işləməyə başladıqdan sonra təmir və yenidənqurma üzrə ildə 100-ə qədər iş görməyi bacaracaq. Müəssisə yalnız Azərbaycanın daxili tələbatını deyil, həmçinin Xəzər hövzəsi ölkələrinin tələbatını təmin edəcək.


Teqlər:





Xəbər lenti