Ölkədə muzdla işləyənlərin 1,8 faizi IT sahəsinə düşüb

Ölkədə muzdla işləyənlərin 1,8 faizi IT sahəsinə düşüb
  13 Yanvar 2014    Oxunub:1431
Azərbaycanda muzdla işləyənlərin 1,8 faizi informasiya və rabitə sahəsinin payına düşüb.
2013-cü il dekabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1505,9 min nəfər olub və onlardan 901,8 min nəfəri iqtisadiyyatın dövlət bölməsində, 604,1 min nəfəri isə qeyri-dövlət bölməsində fəaliyyət göstərib.

AzVision.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumatda göstərilir ki, muzdla işləyənlərin 1,8 faizi informasiya və rabitə sahəsində məşğul olub.

Ötən ilin yanvar-noyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 419,0 manat olub. İqtisadiyyatın bir sıra sahələri ilə yanaşı, informasiya və rabitədə orta aylıq nominal əməkhaqqı daha yüksək olub.


Teqlər:





Xəbər lenti