Ermənistanda koronavirusa yoluxma sayı 15 mini ötdü

Ermənistanda koronavirusa yoluxma sayı 15 mini ötdü
  12 İyun 2020    Oxunub:2562
Ermənistanda son sutka ərzində yeni növ koronavirus infeksiyasına (COVID-19) daha 612 yoluxma qeydə alınıb, 13 nəfər ölüb.
Azvision.az xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.

Bununla da Ermənistanda koronavirusa yoluxanların ümumi sayı 15 281, ölənlərin sayı isə 258-ə çatıb. İndiyədək 5639 xəstə sağalıb.

Koronavirusa yoluxmuş, amma başqa xəstəliklərdən öldüyü deyilənlərin sayı 86 nəfərdir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan   Koronavirus  





Xəbər lenti