Ermənistanda fövqəladə vəziyyət uzadıldı

Ermənistanda fövqəladə vəziyyət uzadıldı
  12 İyun 2020    Oxunub:2178
Ermənistanda fövqəladə vəziyyət rejimi daha bir ay müddətinə - iyulun 13-dək uzadılıb.
Azvision.az xəbər verir ki, hökumətin bu gün keçirilən iclasında bununla bağlı qərar qəbul edilib.

Artıq üçüncü dəfədir ki, Ermənistanda fövqəladə vəziyyət rejimi uzadılır, lakin yoluxma sayı yüksək olaraq qalır.

Xatırladaq ki, hökumətin qərarını bu gün parlament təsdiqləyəcək.

Son məlumata görə, Ermənistanda koronavirusa yoluxanların sayı daha 612 nəfər artaraq 15281-ə yüksəlib, son sutkada 13 nəfər olmaqla, 258 xəstə ölüb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan  





Xəbər lenti