Ermənistanda koronavirusun yeni dalğası gözlənilir

Ermənistanda koronavirusun yeni dalğası gözlənilir
  12 İyun 2020    Oxunub:2172
Koronavirusla bağlı mövcud problemlərə baxmayaraq, Ermənistan payızda baş verə biləcək yeni dalğaya hazırlaşır.
Azvision.az xəbər verir ki, bunu Ermənistanın səhiyyə naziri Arsen Torosyan deyib.

"Koronavirusun payızda daha fəal şəkildə yayıldığı sübut olundu" - deyə Torosyanın sözlərinə görə, yoluxma sayının artması insanların daha çox qapalı, zəif havalandırılan otaqlarda olması ilə əlaqədardır.

Torosyan epidemiyanın tənəzzülü barədə danışmağın hələ tez olduğunu vurğulayıb.

Son məlumata görə, Ermənistanda koronavirusa yoluxanların sayı daha 612 nəfər artaraq 15281-ə yüksəlib, son sutkada 13 nəfər olmaqla, 258 xəstə ölüb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan  





Xəbər lenti