Ermənistanda hüquq müdafiəçisi saxlanıldı

Ermənistanda hüquq müdafiəçisi saxlanıldı
  12 İyun 2020    Oxunub:2352
Ermənistan polisi hüquq müdafiəçisi Ruben Melikyanı parlament binası yaxınlığında piket keçirdiyi üçün saxlayıb.
Azvision.az xəbər verir ki, polis Melikyandan ölkədə elan edilmiş fövqəladə vəziyyətlə əlaqədar piketin dayandırılmasını tələb edib.

Melikyan isə səlahiyyətlilərdən vətəndaşların dinc aksiya və toplaşma hüququna zəmanət vermələri tələbini irəli sürüb:

“Vətəndaşlara dinc aksiya azadlığının qaytarılmasını tələb edirik. Dörd aydır ki, bu hüquq vətəndaşların əlindən alınıb".

Aksiyaya bir sıra hüquq müdafiəçiləri, o cümlədən Ermənistanın ilk ombudsmanı Larisa Alaverdyan da qatılıb. O, həmçinin deputatlara müraciət edərək, bu məsələni Ermənistan parlamentində müzakirə etməyə çağırıb.

Xatırladaq ki, bu gün Ermənistan hökuməti koronavirus pandemiyası ilə əlaqədar fövqəladə vəziyyət rejimini bir ay uzadıb. Bu müddətdə ölkədə piket və etiraz aksiyalarının keçirilməsi qadağandır.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan  





Xəbər lenti