Ermənistan polisi daha bir fəalı tutub

Ermənistan polisi daha bir fəalı tutub
  12 İyun 2020    Oxunub:2544
Ermənistan polisi təkbaşına etiraz aksiyası keçirən daha bir fəalı tutub.
Azvision.az “Aysor.am”a istinadən xəbər verir ki, həmin şəxs “İctimai Nəzarət Mərkəzi”nin rəhbəri Babken Arutyunyandır.

“Polis məni təkbaşına piket keçirdiyim üçün saxlayıb, hara apardıqlarını bilmirəm. Fövqəladə vəziyyət rejiminin uzadılmasına "yox" deyirik. Nikol bizi bütün hüquqlarımızdan məhrum edir", - deyə Arutyunyan “Facebook”da yazıb.

Xatırladaq ki, Ermənistan polisi parlament binası qarşısında təkbaşına etiraz aksiyası keçirən hüquq müdafiəçisi Ruben Melikyanı da tutub.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: RubenMelikyan  





Xəbər lenti