Azərbaycanda əhalinin gəlirləri artıb

Azərbaycanda əhalinin gəlirləri artıb
  12 İyun 2020    Oxunub:2519
2020-ci ilin yanvar-may aylarında ölkə əhalisinin nominal gəlirləri 22382,1 milyon manat təşkil edib və əvvəlki ilin eyni dövrünə nisbətən 1,3 faiz artıb.
Dövlət Statistika Komitəsindən Azvision.az -a verilən məlumata görə, bu dövrdə ölkənin istehlak bazarında qiymətlərin artımı əhalinin gəlirlərinin artımını 1,6 faiz bəndi üstələyib. Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 20245,8 milyon manatlıq vəsait qalıb.

Azvision.az



Teqlər: Statistika  





Xəbər lenti