Zelenskinin xanımı koronavirusa yoluxdu

 Zelenskinin xanımı koronavirusa yoluxdu
  12 İyun 2020    Oxunub:3520
Ukrayna Prezidenti Vladimir Zelenskinin həyat yoldaşı Yelena Zelenskayada koronavirus aşkar edilib.
Azvision.az xəbər verir ki, Ukraynanın birinci xanımı bu barədə özünün "Facebook" səhifəsində məlumat paylaşıb.

“Bu gün koronavirus testimin müsbət nəticəsini aldım. Gözlənilməz xəbərdir. Xüsusilə nəzərə alsaq ki, ailəm və mən bütün qaydalara əməl edirik, maska, əlcəklər taxırıq, minimum təmasda oluruq”.

Zelenskaya özünü yaxşı etdiyini, hazırda COVID-19 testi təsdiqlənməmiş ailənin digərlər üzvlərindən təcrid olunduğunu əlavə edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: YelenaZelenskay  





Xəbər lenti