Bələdiyyə sədri 30 nəfəri koronavirusa yoluxdurub

Bələdiyyə sədri 30 nəfəri koronavirusa yoluxdurub
  12 İyun 2020    Oxunub:2666
Türkiyədə bələdiyyə sədri 30 nəfəri koronavirusa yoluxdurub.
Azvision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, koronavirus testi pozitiv çıxan Şemdinli bələdiyyəsinin sədri Tahir Saklı universitet imtahanlarına hazırlaşan məzunların evinə baş çəkib və onlara test kitabları paylayıb.

Virusun simptomsuz daşıyıcısı olan bələdiyyə sədri bu cür səfərləri zamanı 100-ə yaxın şəxslə təmasda olub. Onun testi pozitiv çıxdıqdan sonra ünsiyyət saxladığı həmin şəxslər analiz verib. Nəticədə 30 nəfərin koronavirusa yoluxduğu bəlli olub. Tahir Sakllı isə 12 günlük müalicədən sonra evə buraxılıb.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Türkiyə   virus  





Xəbər lenti