ABŞ-da Floydun ölümünə bənzər daha bir hadisə

ABŞ-da Floydun ölümünə bənzər daha bir hadisə
  12 İyun 2020    Oxunub:2973
ABŞ-da afroamerikalı Corc Floydun polis tərəfindən öldürülməsinə bənzər daha bir hadisə yaşanıb.
Azvision.az "CNN Türk"ə istinadən xəbər verir ki, sözügedən olay 2019-cu ilin mayın 20-də baş verib.

Belə ki, polis silahlı şəxsin olması bağlı məlumat alıb. Bundan sonra şübhəli bilinən afroamerikalı Derrik Skot polis tərəfindən yaxalanıb. Saxlanılarkən o nəfəs ala bilmədiyini, astma xəstəsi olduğunu bildirib, polisə isə "vecimə deyil" deyərək ona qarşı zor tətbiq edib.

Bir neçə dəqiqə sonra şübhəli şəxs huşunu itirib. Təcili yardım həkiminin cəhdlərinə baxmayaraq, 42 yaşlı D.Skotun həyatını xilas etmək mümkün olmayıb.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: ABŞ   Polis  





Xəbər lenti