Fransada polislər nazirə qarşı aksiya keçirdilər

 Fransada polislər nazirə qarşı aksiya keçirdilər
  12 İyun 2020    Oxunub:2520
Fransanın Daxili İşlər naziri Kristof Kastaner bildirib ki, bundan sonra polis şübhəlini saxlayarkən boğma üsulundan istifadə etməyəcək.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, nazirin açıqlaması Fransa polisinin etirazına səbəb olub.

Onlar paytaxt Parisdəki məşhur Şanzelize küçəsində qərarın əleyhinə nümayiş keçiriblər. Hüquq -mühafizə orqanlarının əməkdaşları aksiya zamanı "Polisin təhlükəsizliyi haradadır?" şüarını səsləndiriblər.

Fransa DİN rəhbəri isə bildirib ki, belə bir qərar ABŞ-da afroamerikalı Corc Floydun boğularaq öldürülməsindən və bundan doğan etirazlardan sonra verilib.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Fransa   polis  





Xəbər lenti