Yararsız ərzaq məhsulları məhv edilib

Yararsız ərzaq məhsulları məhv edilib
  14 Yanvar 2014    Oxunub:1304
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti növbəti monitorinqlər keçirib.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, monitorinqlər zamanı Bakının Binəqədi, Nizami, Sabunçu rayonlarında, eləcə də Sumqayıt, Qəbələ, Samux, Göygöl, Mingəçevir, Bərdə, Ucar, Yevlax, Şamaxı, Cəlilabad, Şəki, Oğuz, Füzulidə mağazalarda saxlama müddəti ötmüş malların satıldığı aşkarlanmışdır. Ümumilikdə, monitorinqlər zamanı 400 kiloqramdan artıq saxlama müddəti ötmüş və ya normativ sənədlərin tələblərinə cavab verməyən ərzaq malları aşkar olunub və satışdan çıxarılaraq məhv edilib.

Qanun pozuntusuna yol verən şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq ediləcək.


Teqlər:





Xəbər lenti