Ermənistanda aksiya zamanı 27 nəfər saxlanıldı

 Ermənistanda aksiya zamanı 27 nəfər saxlanıldı
  12 İyun 2020    Oxunub:2429
Ermənistanda bu gün keçirilən aksiyalarda 27 nəfər saxlanılıb.
Azvision.az “Aysor”a istinadən xəbər verir ki, bu barədə Ermənistan polisi məlumat yayıb.

Bildirilib ki, saxlanılan şəxslərlə bağlı protokol tərtib edilib.

Xatırladaq ki, bu gün Ermənistanda bir sıra fəallar, hüquq müdafiəçiləri və partiya təmsilçiləri vətəndaşların sərbəst toplaşmaq hüququnun təmin olunması tələbi ilə parlamentin binası qarşısında etiraz aksiyası keçiriblər.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Ermənistan   Aksiya  





Xəbər lenti