50 dollarlıq smartfon təqdim olundu
“JiaYu F1” smartfonu 800x480 piksel təsvir ölçülü 4 düymlük ekran, “MediaTek MT6572” platformasına əsaslanan 1,3 QHs takt tezlikli ikinüvəli prosessor, 512 MB əməli yaddaş və 4 QB daxili yaddaşla təchiz ediləcəkdir. Aparat, həmçinin 5 və 0,3 meqapiksellik kamera və 2400 milliamper/saat tutumlu akkumulyatorla təchiz ediləcəkdir. “JiaYu F1” smartfonu “Android 4.2” platforması ilə işləyəcək.
Teqlər: