Türkiyədə daha 1195 nəfər koronavirusa yoluxdu

Türkiyədə daha 1195 nəfər koronavirusa yoluxdu
  13 İyun 2020    Oxunub:3088
Türkiyədə son sutka ərzində 15 nəfər koronavirusdan dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca məlumat yayıb.

Nazirin sözlərinə görə, bir gündə 1195 yeni yoluxma faktı qeydə alınıb. Bununla da Türkiyədə koronavirus qurbanlarının sayı 4778, yoluxanlar isə 175 218 nəfərə çatıb.

Türkiyədə indiyədək 149 102 xəstə sağalaraq evə buraxılıb.

Azvision.az


Teqlər: Türkiyə   Koronavirus  





Xəbər lenti