`Xəzər-Lənkəran` Tomiçi aldı

`Xəzər-Lənkəran` Tomiçi aldı
  14 Yanvar 2014    Oxunub:1733
“Xəzər-Lənkəran” futbol klubu xorvatiyalı qapıçı Vyekoslav Tomiçi heyətinə cəlb edib.
AzVision.az xəbər verir ki, “Xəzər-Lənkəran” futbol klubu xorvatiyalı qapıçı Vyekoslav Tomiçi heyətinə cəlb edib.

Klubdan AzərTAc-a bildiriblər ki, 30 yaşlı futbolçu ölkəsinin “Split”, “Medimurye” və “Hayduk Split” komandalarında çıxış etdikdən sonra ilk dəfə Türkiyədə legioner həyatı yaşamışdır. Türkiyə Superliqası təmsilçisi “Karabükspor”un heyətində üç mövsüm ərzində 80-ə yaxın oyunda forma geyinən qolkiperin son klubu Moldovanın “Şerif” kollektivi olub.

Qapıçı ilə “Xəzər-Lənkəran” arasında bir il müddətinə müqavilə imzalanmışdır.


Teqlər:





Xəbər lenti