Rumın nazir: Türkiyə bir nömrəli iqtisadi tərəfdaşdır

Rumın nazir: Türkiyə bir nömrəli iqtisadi tərəfdaşdır
  14 Yanvar 2014    Oxunub:1122
Sorin Dumitriu: Türkiyə Rumıniya üçün Avropa İttifaqı ölkələrindən sonra bir nömrəli iqtisadi tərəfdaşdır.
AzVision.az xəbər verir ki, Rumıniyanın Ticarət və Sənaye Palatasının sədr müavini Sorin Dumitriu Buxarestdə keçirilən Rumıniya-Türkiyə İqtisadi Forumunda bildirmişdir ki, Türkiyə Rumıniya üçün Avropa İttifaqı ölkələrindən sonra bir nömrəli iqtisadi tərəfdaşdır.

Tədbirdə Balkan Sənaye və İş Adamları Assosiasiyasının üzvləri, türk iş adamları iştirak ediblər.

2013-cü ilin statistikasına görə, Türkiyə ilə Rumıniya arasında ticarət dövriyyəsi dörd milyard avroya çatmışdır. Türkiyə Rumıniyaya qoyulan sərmayələrin sayına görə 16-cı yerdədir. Hazırda Rumıniyada türk kapitalı olan 14 min firma fəaliyyət göstərir.


Teqlər:





Xəbər lenti