Türkiyə İranla sərhədlərini açır

  15 İyun 2020    Oxunub : 2379
 Türkiyə İranla sərhədlərini açır
Avqustun 1-dən etibarən Türkiyə ilə İran arasında uçuşlar bərpa olunacaq.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu iranlı həmkarı Cavad Zəriflə görüşündən sonra keçirdiyi mətbuat konfransında deyib.

"Sərhədləri açdıq. Həm hava yolları, həm də sərhəd keçidlərində işimizi davam etdirəcəyik. Bu, hər iki tərəf üçün, xüsusən qarşıdakı dövrdə turizm sektoru üçün vacibdir. Problem yaşanmazsa, avqustun 1-dən uçuşların bərpa olunması planlaşdırılır. İkitərəfli münasibətlərimizi qarşılıqlı etimad və ümumi mənfəət əsasında inkişaf etdirməyə davam edəcəyik",- deyə Çavuşoğlu bildirib.

Şahanə Rəhimli
Azvision.az

Teqlər: Türkiyə   İran