Burundi Prezidenti koronavirusdan ölübmüş

 Burundi Prezidenti koronavirusdan ölübmüş
  15 İyun 2020    Oxunub:3729
İnfarktdan öldüyü deyilən Burundi Prezidenti Pierre Nkurunzizanın koronavirus qurbanı olduğu müəyyən edilib.
Azvision.az "CNN Türk"ə istinadən xəbər verir ki, Prezidentin ölümündən əvvəl tənəffüs problemi olub.

Brundinin ən böyük şəhəri olan Bujumburadakı xəstəxanada çalışan tibb işçiləri onun koronavirusa yoluxduğunu təsdiq ediblər. Pierre Nkurunzizanın COVID-19 testinin müsbət çıxdığı bildirilib.

Qeyd edək ki, Pierre Nkurunziza iyunun 6-da qəfil halının pisləşməsi səbəbindən xəstəxanaya yerləşdirilib. O, müalicə olunduğu xəstəxanada həyatını itirib. Ölümündən sonra ölkədə bir həftə matəm elan edilib.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Burundi   prezident  





Xəbər lenti