“Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətindən verilən məlumata görə, təmir işləri ilə əlaqədar yanvarın 14-də saat 17:00-dək Saatlı, Şamaxı rayonlarının bir hissəsinə və İmişli rayonuna, Bakının Səbail, Xəzər və Qaradağ rayonlarının bir hissəsinə, Yevlax rayonunun Kövər kəndinə və İsmayıllı şəhəri daxil olmaqla bu rayonun bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.