“Mandatımın imkan verdiyi yerlərə baş çəkə bilmirəm” - Kaspşik
Onun sözlərinə görə, bununla belə, ofis ciddi şəkildə və istisnasız olaraq hakimiyyət orqanları tərəfindən həyata keçirilən bütün tədbirləri müşahidə edib.
"Monitorinq tədbirlərindən və şəxsi görüşlər istisna olmaqla, ofisin işi davam edir. Biz videokonfrans və digər texniki vasitələrə əlaqə saxlamaqla vəziyyət barədə ATƏT sədrliyinə və Minsk qrupunun həmsədrlərinə, həmçinin ATƏT-ə üzv dövlətlərə məlumat veririk. Vəziyyət imkan verdikcə fəaliyyətimizi tam şəkildə davam etdirməyi planlaşdırırıq. Bununla yanaşı, ofis bu müddətdən daxili prosesləri gücləndirmək üçün istifadə edir.
Hazırda mən mandatımın imkan verdiyi yerlərə baş çəkə bilmirəm. Ancaq ən yüksək hərbi və mülki səviyyədə səlahiyyətlilərlə telefonla daim əlaqə saxlayıram. Həm də Minsk qrupu həmsədrləri tərəfindən mütəmadi keçirilən videokonfranslarda iştirak edirəm. Deyə bilərəm ki, bu məhdudiyyətlərə baxmayaraq, son aylarda kifayət qədər məşğul olmuşam".
Kasprşik ofisin genişləndirilməsi məsələsinə də toxunub: “2016-cı ildə Vyana və Sankt-Peterburqdakı zirvə görüşlərində ofisimin genişləndirilməsi ideyası qəbul edildi. Genişləndirmə ilə əlaqəli praktik aspektlər hələ razılaşdırılmayıb”.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: ATƏT







Vaxtında, Aydın, Lazımlı!


