Azərbaycan apreldən Avro 4-ə keçir - QƏRAR

Azərbaycan apreldən Avro 4-ə keçir - QƏRAR
  15 Yanvar 2014    Oxunub:1233
Baş nazir Artur Rasizadə Azərbaycan Respublikasının ərazisində dövriyyəyə buraxılan (idxal və Azərbaycan Respublikasında istehsal edilən) avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələrə dair tələblərin Avro-4 ekoloji normalarına uyğunlaşdırılması barədə qərar verib.

AzVision.az xəbər verir ki, baş nazirin qərarına əsasən, avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələrin miqdarının azaldılması və ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədi ilə Azərbaycan Respublikasının ərazisində dövriyyəyə buraxılan (idxal və Azərbaycan Respublikasında istehsal edilən) avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələr üzrə 2014-cü il aprelin 1-dən Avro-4 ekoloji normaları tətbiq ediləcək.

AzVision.az


Teqlər:





Xəbər lenti