Vergidən büdcəyə 6 milyardlıq xeyir

Vergidən büdcəyə 6 milyardlıq xeyir
  15 Yanvar 2014    Oxunub:1240
2013-cü ilin yanvar-dekabr aylarında Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 6 milyard 663 milyon 633,4 min manat vəsait daxil olub. Bu da 2012-ci ildəkindən 638 milyon 128,8 min manat və ya 10,6 faiz çoxdur.

Daxilolmaların ümumi məbləğinin 35,6 faizi mənfəət vergisinin, 25,9 faizi əlavə dəyər vergisinin, 12,9 faizi fiziki şəxslərin gəlir vergisinin, 7,7 faizi aksizlərin, 17,9 faizi isə digər vergilərin payına düşür.
Nazirliyin analitik-informasiya şöbəsindən AzərTAc-a bildiriblər ki, qeyri-neft sektoru üzrə büdcəyə 3 milyard 761 milyon 560 min manat vəsait daxil olub. Bu isə əvvəlki ildəkindən 474 milyon 912,2 min manat və ya 14,4 faiz çox olub.

Yanvar-dekabr aylarında respublika üzrə 72 min 984 vergi ödəyicisi, o cümlədən elektron qaydada 30 min 791 (42,2 faiz) vergi ödəyicisi qeydiyyata alınıb. 2014-cü il yanvarın 1-nə qeydiyyatda olan vergi ödəyicilərinin ümumi sayı 537 min 828 olub, 2013-cü il ərzində onların sayı 11,6 faiz artıb. Hesabat dövründə respublika üzrə elektron formada göndərilmiş bəyannamələrin xüsusi çəkisi 90,3 faiz təşkil edib.

AzVision.az


Teqlər:  





Xəbər lenti