FHN Kürdə batan şəxsi axtarır

FHN Kürdə batan şəxsi axtarır
  25 İyun 2020    Oxunub:2368
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Kür çayının Sabirabad rayonu, Quruzma kəndi ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.
FHN-in Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumatda bildirilib ki, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

Azvision.az



Teqlər: FHN  





Xəbər lenti