Qırğızıstan Prezident Aparatının rəhbəri koronavirusa yoluxdu

Qırğızıstan Prezident Aparatının rəhbəri koronavirusa yoluxdu
  27 İyun 2020    Oxunub:3835
Qırğızıstanda Prezident Aparatının koronavriusa yoluxan əməkdaşlarının sayı 17-yə çatıb.
Azvision.az xarici mətbuata istinadən xəbər verir ki, PA-nın rəhbəri Dosəli Əsənəliyevdən COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxıb.

Xatırladırıq ki, bir neçə gün əvvəl dövlət başçısı Sooronbay Jeenbekovu Moskvaya səfər zamanı müşayiət edən nümayəndə heyətinin iki üzvündə - Prezident Aparatının xarici siyasət şöbəsinin müdiri Daniyar Sadıkov və mühafizə xidmətinin bir əməkdaşında koronavirus aşkarlanmışdı.

Son 24 saat ərzində Prezident Aparatının daha 8 əməkdaşı COVID-19-a yoluxub.

Azvision.az



Teqlər: Qırğızıstan   Koronavirus  





Xəbər lenti