Ölkədə 140 min ailə sosial yardım alır
Ünvanlı yardım alan ailələrdə 1 yaşadək uşaqların sayı 8 433 nəfər, 18 yaşadək ailə üzvlərinin sayı 296 min 185 nəfər, sağlamlıq imkanları məhdud 18 yaşadək ailə üzvlərinin sayı 10 min 279 nəfər, 18 yaşından yuxarı əlil ailə üzvlərinin sayı isə 20 min 253 nəfərdir.
Ödənilən ünvanlı yardımın orta aylıq məbləği hər ailə üçün 126,88 manat, hər ailə üzvü üçün 29,01 manat təşkil edir.
Ünvanlı yardımın hesablanması üçün ehtiyac meyarının məbləği 2006-ci ildəki 30 manatla müqayisədə ötən müddətdə 3,3 dəfə artırılaraq cari ilin əvvəlindən 100 manata çatdırılıb.
Fatimə Kərimli