Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən
Azvision.az -a verilən məlumata görə, iyunun 26-da Sumqayıt şəhəri ərazisindəki evlərin birindən 200 manat məbləğində pul və mobil telefon oğurlamaqda şübhəli bilinən şəhər sakinləri, əvvəllər məhkum olunmuş – R.İsmayılov və T.Hacıyev Sumqayıt Şəhər Polis Şöbəsinin 1-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaxalanıblar.
Aparılmış yoxlamalar zamanı onların daha üç evdən pul, qızıl və məişət əşyaları oğurlamaları, habelə bir evdən oğurluğa cəhd göstərmələri də müəyyənləşdirilib. Faktla bağlı tədqiqat davam edir.
Azvision.az