İtaliya mətbuatı Prezidentin təşəbbüsü barədə yazdı

V.Hüseynov qeyd edir ki, ölkəmiz bu məsuliyyətli işin öhdəsindən layiqincə gəlməkdədir: “Məsələn, Azərbaycan Respublikası Prezidenti tərəfindən hər iki təşkilatın sammitlərinin keçirilməsi təşəbbüsü qeyd edilən böhran konteksində mühim əhəmiyyət kəsb etmiş və üzv dövlətlər tərəfindən yüksək qiymətləndirilib”.
Müəllif ilk növbədə Türk Şurasının aprelin 10-da tarixində keçirilmiş virtual sammiti haqqında bəhs edərək, burda bütün üzv dövlətlərin rəhbərlərindən başqa Macarıstan və Türkmənistanın dövlət başçılarının və Ümumdünya Səhiyyə Təşkilatının baş direktorunun iştirakının təşəbbüsə olan marağın göstəricisi kimi dəyərləndirib.. Görüşdən sonra iştirakçı dövlətlərin səhiyyə, nəqliyyat və iqtisadiyyat nazirlərinin virtual görüşünün keçirilməsinin dövlət başçılarının sammitinin praktik nəticəsi kimi təqdim edilib.
Məqalədə eyni zamanda Azərbaycanın sədrlik etdiyi digər təşkilat Qoşulmama Hərəkatı çərçivəsində də oxşar təşəbbüslə çıxış etməsi və 40 dövlət nümayəndəsinin iştirakı ilə mayın 4-də virtual sammitin keçirilməsi haqqında qeydlər təqdim edilir. Bu tədbir təşkilatın fəaliyyətində tarixi bir hadisə kimi qiymətləndirilir. V.Hüseynov millətçilik və proteksionist siyasi ideologiyaların gücləndiyi hazırki şərtlərdə çoxtərəfli beynəlxalq siyasətin və global həmrəyliyin təşviqi istiqamətində sammitin böyük önəm daşıdığını xüsusilə vurğulayıb.
Bu addımların davamı kimi Prezident İlham Əliyevin Qoşulmama Hərəkatı sammitində təklifi ilə BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təşəbbüsü qlobal miqyaslı addım kimi dəyərləndirilir: “130-dan artıq BMT üzvü tərəfindən dəstəklənən bu təşəbbüs ölkəmizə olan etimadın və onun orta miqyaslı güc kimi yüksələn nüfuzunun növbəti bir nümunəsi olmaqla yanaşı BMT tarixində də özünməxsus yer tutacaq bir hadisədir”.
Azvision.az
Teqlər: İtaliya BMT Prezident Məqalə