SOCAR-ın Rusiyaya qoyduğu qadağanın SƏBƏBİ
İşçi layihəyə əsasən, avtomobil yolunun 133,8 kilometrliyində, 135,935 kilometrliyində, 137,278 kilometrliyində, 178,490 kilometrliyində (sol qol ilə 2 kəsişmə), 178,860 kilometrliyində, 178,9 kilometrliyində, ümumilikdə 7 yerdə 1220 millimetrlik “Mozdok-Qazıməmməd” magistral qaz kəməri ilə kəsişdiyi nəzərə alınaraq, müvafiq normativ sənədlərin tələblərinə və texniki şərtlərə əsasən kəsişmələrin layihə həlləri hazırlanmışdır. Tikinti işləri “Azərinşaatservis” MMC tərəfindən aparılır.
Layihənin dövlət əhəmiyyətli olmasını əsas götürərək kəsişmələrdə tikinti işərinin aparılmasına təhlükəsiz şərait yaradılması məqsədi ilə “Mozdok-Qazıməmməd” magistral qaz kəmərində texnoloji rejimlər dəyişdirilib, işçi təzyiq 12 atmosferə salınıb. Bu səbəbdən Rusiya Federasiyasına qazın nəqli müvəqqəti dayandırılıb.
Kəsişmələrdə tikinti işlərinin aparılması ilə əlaqədar olaraq həmçinin “Mozdok-Qazıməmməd” magistral qaz kəmərində 206-cı və 287-ci kilometrlərdə aşkar edilmiş sızmaların ləğvi edilməsi üçün işlərə də başlanılmışdır. Bu məqsədlə təmir işləri ARDNŞ-nin “Qaz İxrac” İdarəsi tərəfindən aparılır.
AzVision.az