Fəaliyyətinə icazə verilən şəxslərə xəbərdarlıq edildi
"Onların adları icazə portalına ona görə daxil edilib ki, işə gedib-gələ bilsinlər. Amma həmin şəxslər nəzərə almalıdırlar ki, əgər onların işlədikləri qurumlar şənbə və bazar günləri fəaliyyət göstərmirsə, adlarının icazə portalında olmasından istifadə etməməlidirlər. Yəni, belə hal karantin rejiminin pozulması hesab olunur. Kimlərsə vacib işlə, ərzaqla və ya digər zərurətlə əlaqədar evlərini tərk etməli olsa, onda adi SMS vasitəsilə icazə almalıdır", - deyə şöbə rəisi qeyd edib.
Azvision.az