Müəllimlər üçün ixtisas hazırlığına start verilir

Müəllimlər üçün ixtisas hazırlığına start verilir
  07 İyul 2020    Oxunub:4236
İyulun 12-dən “Virtual məktəb”də müəllimlər üçün fənlər üzrə ixtisas hazırlığı təlimlərinə start veriləcəkVirtual məktəb.
Təhsil Nazirliyindən Azvision.az -a verilən məlumata görə, təlimlərin keçirilməsində məqsəd müəllimlərə işə qəbul, sertifikasiya və diaqnostik qiymətləndirilmə üzrə təşkil ediləcək imtahanlara hazırlıq üçün dəstək göstərməkdir.

Təlimlər hər həftənin çərşənbə və bazar günləri Azərbaycan dili və ədəbiyyatı, ibtidai sinif, riyaziyyat, informatika, fizika, biologiya, coğrafiya, ingilis dili, rus dili, fransız dili olmaqla 10 ixtisas üzrə keçiriləcək.

Təlimlər barədə ətraflı məlumat hər həftə “Virtual məktəb”in rəsmi “Facebook” səhifəsində paylaşılacaq. Müəllimlər tədbirin linkinə keçid etməklə qeydiyyatdan keçmədən canlı görüşdə iştirak edə biləcəklər.

Ödənişsiz formada təşkil olunacaq bu təlim xidmətindən Azərbaycan və rus bölmələri üzrə müəllimlər faydalana bilərlər.

Qeyd edək ki, yuxarıda adları qeyd olunan təlimlərlə yanaşı, “Virtual məktəb”də müəllimlərin peşəkar inkişafı məqsədi ilə davamlı olaraq “İngilis dilinin danışıq səviyyəsində tədrisi”, “Kurikulumun tədrisi”, “Elmi-texniki biliklərin gündəlik həyatda tətbiqi”, “Rəqəmsal bacarıqların inkişafı”, “Tədrisdə interaktiv alətlərin tətbiqi” kimi təlim və vebinarlar təşkil olunur.

Azvision.az


Teqlər: Virtual-məktəb   Təhsil  





Xəbər lenti