OECD-in Azərbaycanda korrupsiya ilə bağlı HESABATI

OECD-in Azərbaycanda korrupsiya ilə bağlı HESABATI
  17 Yanvar 2014    Oxunub:1443
2013-cü il sentyabr ayının 23-25-də Paris şəhərində OECD təşkilatı Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində 2010-2013-cü illərdə həyata keçirilmiş tədbirləri dəyərləndirən hesabat hazırlamışdı.
Bu gun Baş Prokuror yanında Korrupsiyaya qarşı mübariz İdarəsində OECD təşkilatının Azərbaycanda korrupsiyaya qarşı mübarizənin vəziyyətilə bağlı hesabatı təqdim olunub.

OECD-in təmsilçiləri bu hesabatın ölkə ictimaiyyətinə təqdim edilməsi üçün Azərbaycana gəliblər.

Hesabatda Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən siyasət ümumən təqdirəlayiq hesab edilir və bu sahədəki nailiyyətlər qeyd olunur. Sənəddə Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi Açıq Hökumətin təşviq edilməsinə dair və Korrupsiyaya qarşı mübarizə üzrə Milli Fəaliyyət Planları, xüsusilə yeni yaradılan və artıq uğurla vətəndaşlara xidmət göstərən “ASAN-Xidmət” Mərkəzlərinin fəaliyyəti və elektron xidmətlərin əhatəsinin genişlənməsi ilə bağlı imzalanmış fərman və sərəncamlar bu sahədə mövcud siyasi iradə kimi göstərilir.

Azərbaycanda korrupsiyaya qarşı mübarizə ilə bağlı qanunvericiliyin beynəlxalq tələblərə cavab verməsi xüsusilə vurğulanır və bu sahədə təşkilat tərəfindən əvvəl müəyyən edilmiş tövsiyələrin icra edildiyi bildirilir.

Baş Prokuror yanında Korrupsiyaya qarşı mübarizə İdarəsinin fəaliyyətinin təmin edilməsi üzrə tədbirlər, onun modeli və ona xüsusi olaraq korrupsiya cinayətləri üzrə əməliyyat-axtarış fəaliyyəti səlahiyyətinin verilməsi yaxşı təcrübə kimi göstərilir.

Şəffaflığın təmin edilməsi ilə bağlı Dövlət Neft Fondunun Mədən Sənayesində Şəffaflıq Təşəbbüsündə (EITI) aktiv iştirakı qeyd edilir. “Vətəndaş iştirakçılığı haqqında” qanun layihəsinin parlamentdə iki oxunuşdan keçməsi müsbət hal kimi göstərilir.

Tövsiyələr ümumi olaraq korrupsiyaya qarşı mübarizə və idarəçilik sahəsində həyata keçirilən tədbirlərin davamlığının təmin edilməsi, dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması, korrupsiyaya qarşı mübarizə ilə bağlı dərin araşdırma və sorğuların aparılması və sair məsələləri əhatə edir.


Teqlər:  





Xəbər lenti