Azərbaycanda qızıl hasilatı artıb

Azərbaycanda qızıl hasilatı artıb
  17 Yanvar 2014    Oxunub:1760
Azərbaycanda qızıl istehsalı ilə məşğul olan "Anglo Asian Mining plc" (AAM) şirkəti 2013-cü ildə "Gədəbəy" kompleks mədənində 52 068 unsiya qızıl istehsal edib. 2012-ci ildə hasilat 50 215 unsiya olmuşdu.
Şirkət 2013-cü ildə 46 076 qızıl unsiyası reallaşdırıb, halbuki 2012-ci ildə satış həcmləri 42 743 unsiya olub. Lakin şirkət 2012-ci ildə 1 unsiya qızılı orta hesabla 1 660 dollara satırdısa, ötən il bu qiymət 1387 dollar təşkil edib.

Şirkətin resurs bazası 36 ton qızıl, 292 ton gümüş və 94 min ton misdən çoxdur. AAM-in işlədiyi yataqlar arasında ən irisi "Gədəbəy" kompleks mədənidir. Burada ilk qızıl və gümüş 2009-cu ilin may ayında hasil olunub.


Teqlər:





Xəbər lenti