Onlayn Apelyasiya komissiyasının fəaliyyəti başa çatdı
Qeyd edək ki, tədrisi digər dildə aparılan bölmə üzrə uşaqların şifahi nitq bacarıqlarının qiymətləndirilməsi ilə bağlı müsahibələr onlayn şəkildə keçirilib. Şəffaflığın və obyektivliyin təmin olunması məqsədilə onlayn müsahibə prosesi zamanı videoçəkilişin aparılması təmin edilib.
Onu da qeyd edək ki, iyulun 8-dən ümumi təhsil məktəblərinin tədrisi digər dillərdə aparılan bölmələri üzrə müsahibələrdə uğur qazanmış uşaqların məktəb seçiminə start verilib.
Azvision.az