Mer itkin düşdü, polis axtarışlara başladı

  09 İyul 2020    Oxunub : 2686
 Mer itkin düşdü, polis axtarışlara başladı
Seul meri Park Von Sun itkin düşüb.
Azvision.az xəbər verir ki, bu barədə Cənubi Koreyanın “Younhap” agentliyi məlumat yayıb.

Merin qızı polisə müraciət edərək, atasının 4-5 saat əvvəl vəsiyyətə bənzər bir qeyd qoyaraq evdən çıxdığını bildirib.

Polis onu itkin düşmüş elan edib və xidməti itlərdən, pilotsuz aparatlardan istifadə edərək axtarışlara başlayıb.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Seul