Ermənistanda sahibkarlar etiraza qalxdı - Saxlanılanlar var

  09 İyul 2020    Oxunub : 2375
 Ermənistanda sahibkarlar etiraza qalxdı -  Saxlanılanlar var
Ermənistanda restoran sektorunda çalışanlar hökumət binası qarşısında etiraz aksiyası keçirib.
Azvision.az xəbər verir ki, aksiya iştirakçıları karantin günlərində düşdükləri çıxılmaz vəziyyətə etiraz ediblər.

Polis etirazçıların bir qrupunu saxlayıb.

Xatırladaq ki, Ermənistan hökuməti karantin tətbiq edildiyi müddətdə heç bir sosial paket həyata keçirməyib. Bu da kiçik sahibkarların, aztəminatlı ailələrin durumunu olduqca çətinləşdirib.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Ermənistan