Ermənistanda bir gündə 557 yoluxma - Daha 11 nəfər öldü

Ermənistanda bir gündə 557 yoluxma -  Daha 11 nəfər öldü
  10 İyul 2020    Oxunub:2467
Ermənistanda son sutka ərzində daha 557 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.
Azvision.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, ölkədə koronavirusa yoluxanların ümumi sayı 30 903 nəfərə çatıb.

Son sutkada 11 xəstə ölüb və virusa yoluxma nəticəsində ölənlərin sayı 546 nəfər olub.

İndiyədək 18 709 xəstə sağalıb. Koronavirus aşkar edilmiş, lakin digər xəstəlikdən ölənlər isə 177 nəfərdir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan  





Xəbər lenti